Unutmayaq, unutdurmayaq!
5 iyun ( d.1941- ö. 23 yanvar 1990) teatr və kino sənətinin qüdrətli aktyorlarından biri olan əməkdar artist, respublika Dövlət mükafatı laureatı Hamlet Xanızadənin doğulduğu gündür.
Hamlet Bəbir oğlu Xanızadə 5 iyun 1941-ci ildə Bakının Şağan kəndində doğulub. 1965-ci ildə Mirzəğa Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib.
Hələ tələbə olarkən onu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət ediblər. Qeyri-adi istedadı ilə milyonlarla tamaşaçıların, dinləyicilərin, kino sevərlərin məhəbbətini qazanmış Hamlet Xanızadənin yaratdığı unudulmaz obrazlar milli teatrın həyatında hadisəyə çevrilmişdi. O, 1982-ci ildə Respublikanın Əməkdar artisti fəxri adına layiq görülmüş, 1984-cu ildə isə Azərbaycan SSRİ Dövlət mükafatı laureatı olub.
Hamlet Xanızadə Hüseyn Cavidin “İblis”, “Xəyyam”, “Topal Teymur”, Səməd Vurğunun ”Vaqif”, Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı”, Nazim Hikmətin “Şöhrət və ya unudulan adam”, Şekspirin “Antonio” və başqa tamaşalarda, “O qızı tapın”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “İmtahan”, “Qoz qabağında şeytan balası”, “Şəhərin yay günləri”, “Babək”, “Nizami”, “Qətl günü” və onlarca başqa bədii filmlərdə unudulmaz, yaddaqalan obrazlar, xarakterlər yaradıb.
Görkəmli aktyorumuz Hamlet Xanızadə 3 fevral 1990-cı ildə 49 yaşında vəfat edib. Öz vəsiyyətinə qörə doğulduğu Şağan kənd qəbiristanlığında dəfn edilib
Allah rəhmət eləsin.



Hamlet Xanızadə - qəlblərdə yaşayan sənət fədaisi
Hamlet Xanızadənin xanımı vəfat etdi - FOTO
Bu gün Hamlet Xanızadənin vəfat etdiyi gündür
3 fevral Hamlet Xanızadənin vəfat etdiyi gündür
16 noyabr Hamlet Qurbanovun vəfat etdiyi gündür
13 oktyabr Hamlet Qurbanovun doğulduğu gündür
Azərbaycanda BİABIRÇILIQ - Mərhum aktyoru efirə dəvət etdilər
9 fevral Ələsgər Məmmədoğlunun doğulduğu gündür
5 iyun xalqın əsl aktyoru əməkdar artist Hamlet Xanızadənin doğulduğu gündür
9 fevral Ələsgər Məmmədoğlunun vəfat etdiyi gündür
5 iyun Hamlet Xanızadənin doğum günüdür
5 İYUN HAMLET XANIZADƏNİN DOĞUM GÜNÜDÜR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 