ONN İnformasiya Agentliyi

Xəzər rayonunda təmizlik aksiyası keçirildi

Xəzər rayonunda təmizlik aksiyası keçirildi
18 May 2019 - 20:25

18 may 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyəti, Xəzər Rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Memarlıq və İnşaat Universiteti və ASAN Könüllülük Məktəbinin birgə təşkilatçılığı ilə yay çimərlik mövsümünə hazırlıq, eyni zamanda ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə “Təmiz Xəzər-Abad Ölkəm” şüarı altında Xəzər rayonunun Şüvəlan çimərliyində təmizlik aksiyası keçirilib.

ONN media trend -ə istinadən xəbər verir ki, aksiyanın məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

Sözügedən aksiyada Xəzər Rayon İcra Hakimiyyətinin, Xəzər Rayon Gənclər və İdman İdarəsinin kollektivi, rayonun fəal gəncləri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri və ASAN Könüllülər Məktəbinin fəal könüllüləri olmaqla ümumilikdə 150 nəfərdən çox könüllü iştirak edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png