ONN İnformasiya Agentliyi

Ukrayna hökuməti istefaya getdi

Ukrayna hökuməti istefaya getdi
20 May 2019 - 19:54

Ukraynanın Baş naziri Vladimir Qroysman hökumətin istefa verdiyini açıqlayıb.

ONN media xəbər verir ki, Qroysamn bu barədə bu gün keçirdiyi brifinqdə açıqlama verib.

Qroysman Ali Radaya seçkilərdə namizəd olacağını qeyd edib.

“Gələcəkdə daha böyük işlər görəcəyimizə əminəm. Yeni parlamentdə silahdaşlarımızla birgə peşəkar komanda yaradıb dövlətə xidmət edəcəyik”, – Qroysman diqqətə çatdırıb.

Onun sözlərinə görə, Ukrayna hökumətində yeni sima olmalıdır.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski mayın 20-də keçirdiyi andiçmə mərasimində Baş naziri vəzifəsindən istefa verməyə çağırmışdı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png