ONN İnformasiya Agentliyi

“Baku Medical Plaza”nın etirafı – “Ölən qız…”

“Baku Medical Plaza”nın etirafı – “Ölən qız…”
23 Aprel 2019 - 12:13

“Gülyaz Hacıyevanın ölümünün bizim plazanın həkimləri ilə hər hansı əlaqəsi yoxdur”

ONN media xəbər verir ki, “Baku Medical Plaza” 3 dəfə burun əməliyyatından sonra dünyasını dəyişən Gülyaz Hacıyevanın ölümünə aydınlıq gətirib.

Xəstəxanadan verilən məlumata görə, Gülyaz Hacıyeva “Baku Medical Plaza”nın Babək prospektindəki filialında müalicə olunub:

“Gülyaz Hacıyeva “Baku Medical Plaza”da əməliyyat olunmayıb. O, başqa bir klinikada əməliyyat olunub. Özünü yaxşı hiss etmədiyindən sonradan bizim plazaya müraciət edib. Onun ölümünün bizim plazanın həkimləri ilə hər hansı əlaqəsi yoxdur”.

Qeyd edək ki, Gülyaz Hacıyeva 3 dəfə keçirdiyi burun əməliyyatından sonra vəfat edib. Sosial şəbəkələrdən əldə edilən məlumata görə, gənc qızın əməliyyatı “Baku Medical Plaza”da baş tutub.

Xatırladaq ki, gənc qız 15 gün ərzində 3 dəfə əməliyyat olunub. İlk əməliyyatı aprelin 3-də, sonuncu isə aprelin 17-də həyata keçirilib.aznevs.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png