ONN MEDİA

Məktəblərdə nəzarətin güclənməsi üçün yeni tələb

Məktəblərdə nəzarətin güclənməsi üçün yeni tələb
15 May 2019 - 13:21

Azərbaycanda təhsil müəssisələrinə nəzarətin güclənməsi üçün onlarla bağlı yeni bir tələbin qoyulması təklif edilir.

ONN media bildirir ki, bununla bağlı “Təhsil haqqında”” qanuna dəyişikliklər edilir.

Bu dəyişikliklərə əsasən, dövlət tərəfindən “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” yaradılacaq. Bu sistemin yaradılması təhsil sahəsində dövlətin vəzifələrindən biri olacaq.

Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmalıdırlar.

 

Bu, təhsil müəssisələrinin fəaliyyətinə nəzarətin güclənməsinə, təhsil alanlar və müəllimlər barədə daha dəqiq informasiya bazasının formalaşmasına xidmət edəcək.


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP