ONN İnformasiya Agentliyi

İsrail alimləri qatıqdan “COVID-19”u müalicə edən dərman yaratdı…

İsrail alimləri qatıqdan “COVID-19”u müalicə edən dərman yaratdı…
14 Aprel 2021 - 10:45

İsrailin Neqev şəhərindəki Ben-Gurion Universitetinin alimləri koronavirus infeksiyasına qarşı qatıq əsasında qurulan bir dərman yaradıblar. Klinik tədqiqat hesabatı artıq onlayn olaraq yayımlanıb.

ONN media  xəbər verir ki, bu haqda yerli “Kanal 9” məlumat yayıb.

Belə ki, yəhudi mütəxəssislər kefir qatığında bədənin müxtəlif iltihablara qarşı mübarizəsində kifayət qədər təsirli olan molekulları müəyyənləşdirməyi bacarıblar. Həmin molekullar “Covid” xəstələrində ölümün əsas səbəblərindən biri olan “sitokin fırtınaları” nın da qarşısını uğurla alır.

Sitokinlərin bədənin viruslarla mübarizə aparmasına kömək edən immunitet molekulları olduğu qeyd edilir. Ancaq bəzən orqanizm sitokinləri o qədər çox istehsal edir ki, onlar sözün əsl mənasında bədənin özünü öldürməyə başlayırlar.

Alimlər  qatıq əsasında yaradılmış “COVİD” dərmanını ilk olaraq siçanlar üzərində  sınayıblar. Nəticə uğurlu olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png