ONN İnformasiya Agentliyi

Şəhərin mərkəzində quzu gəzdirmək olmaz – DİN

Şəhərin mərkəzində quzu gəzdirmək olmaz – DİN
03 Mart 2021 - 10:54

Daxili İşlər Nazirliyi (DİN) Bakının mərkəzində quzu gəzdirilməsinə münasibət bildirib.

ONN media  xəbər verir ki, DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Report”un sorğusuna cavab olaraq deyib ki, quzuya uşaq bezi taxaraq mərkəzi küçələrdə gəzdirən şəxslər ərazidə olan polis əməkdaşları tərəfindən saxlanılıb və Polis Bölməsinə dəvət edilib.

E.Zahidov vurğulayıb ki, həmin şəxslərlə proflaktik söhbət aparılıb və sərbəst buraxılıb:

“Onlara başa salınıb ki, pandemiya dövründə insanların sıx toplaşmağına səbəb olan hərəkətlər yolverilməzdir. Əlbəttə, şəhərin pərkəzində quzu gəzdirmək olmaz”.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə iki nəfərin paytaxtın mərkəzində quzuya uşaq bezi taxaraq gəzdirilməsi ilə bağlı videogürüntülər paylaşılıb. Bildirilib ki, ərazidə olan polis əməkdaşları onları polis bölməsinə aparıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png