ONN İnformasiya Agentliyi

Ümummilli lider Heydər Əliyev Həştərxanda ehtiramla anılıb

Ümummilli lider   Heydər Əliyev Həştərxanda ehtiramla  anılıb
10 May 2021 - 14:59

Ulu  öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə  bu gün    Həştərxan şəhərində Azərbaycanın ümummilli liderinin abidəsi ziyarət olunub,  abidə önünə gülqoyma mərasimi keçirilib.

Tədbirdə  Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin tapşırığı ilə  qubernator müavini vəzifəsini icra edən  Həştərxan vilayətinin hökumətinin sədri Mixail Boqomolov, vilayət Administrasiyasının rəhbər  şəxsləri və  Dumanın üzvləri iştirak edib.

Qeyd edək ki, Heydər Əliyevin abidəsinin açılışı  2010-cu ildə Həştərxan şəhərində Volqa çayının sahilində yerləşən və onun adını daşıyan parkda gerçəkləşib.

“Bu gün biz Azərbaycanın ümummilli lideri, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin xatirəsini ehtiramla yad edirik” -deyən Mixail Boqomolov, Rusiya ilə Azərbaycan arasında tərəfdaşlığın əsasını qoyan ümummilli liderin bu  münasibətlərdə  əvəzsiz rolu olduğunu vurğulayıb.

“Bu gün Azərbaycanla mehriban qonşuluq, tərəfdaşlıq münasibətlərimiz inkişaf edir. Biz həmişə xatırlayırıq ki, müdrik və uzaqgörən siyasətçi Heydər Əliyev, Rusiya ilə Azərbaycan arasındakı dostluğun başlanğıcında əsas rol oynayıb “-deyə Mixail Boqomolov bildirib.

11 nömrəli Həştərxan orta məktəbinin direktoru Tatyana Tixomirova isə bildirib ki, 10 il bundan öncə məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə direktor olduğu məktəbin yenidən qurulması həyata  keçirilib.

“2011-ci ilin dekabr ayında təmir olunmuş binaya girdik. Məktəbin Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin adını daşıdığı üçün qürur duyuruq”  deyə Tixomirova xüsusilə vurğulayıb. O, həmçinin bütün beynəlxalq layihələrdə Azərbaycanla bərabər iştirak etdiyini və təəssüf hissi ilə son bir ildə yalnız onlayn iştirak edildiyini və pandemiyadan sonra Xəzəryanı dost dövlətlə yenidən əyani görüşlərin təşkil ediləcəyinə ümid bəslədiyini bildirib.

Tədbirə   Azərbaycan Diasporasının nümayəndələri də qatılıblar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png