ONN İnformasiya Agentliyi

Xalq artisti Səməd Səmədov vəfat etdi

Xalq artisti Səməd Səmədov vəfat etdi
24 İyul 2021 - 20:14

Azərbaycan estradasına ağır itki üz verib.

ONN media  xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilir ki, Xalq artisti Səməd Səmədov 75 yaşında koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, S.Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olub.

1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçüb. Müslüm Maqomayev, Fərhad Bədəlbəyli, Polad Bülbüloğlu kimi musiqi xadimləri ilə birgə Bülbül adına musiqi məktəbinin skripka sinfini bitirdikdən sonra A.Zeynallı adına Musiqi Məktəbinin nəzəriyyə sinfinə daxil olub.

1988-ci ildən Səməd Səmədov toylarda çıxış edib. Müğənniyə əsas popularlıq 1992-ci il tarixdə, Eldar Mansurovun Piruz Dilənçinin “Qızlar” adlı şerinə bəstələdiyi mahnını ifa etdikdən sonra gəlib.

2000-ci ildə əhali arasında aparılan sorğunun nəticələrinə görə Səməd Səmədov rəsmi olaraq “Toylar Kralı” adını qazanıb. Ona bu adı Azərbaycan estradasının korifeyi Mirzə Babayev verib.

12 sentyabr 2011-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png