ONN İnformasiya Agentliyi

ABŞ Navalnıya görə Rusiyaya sanksiya tətbiq etdi

ABŞ Navalnıya görə Rusiyaya sanksiya tətbiq etdi
02 Mart 2021 - 21:16

ABŞ-ın Ticarət Nazirliyi Aleksey Navalnı işinə görə 14 təşkilatın adını “qara siyahı”ya salıb.

ONN media xəbər verir ki, bu barədə Bayden administrasiyasının rəsmi nümayəndəsi məlumat verib. Onun sözlərinə görə, həmin təşkilatlartdan biri dövlət, 13-ü isə özəl kommersiya qurumu olmaqla, doqquzu Rusiya, üçü Almaniya, biri isə İsveçrəyə məxsusdur.

“Bundan sonra adıçəkilən şirkətlərlə bağlı istənilən məhsulun ixracı və ya təkrar ixracı ABŞ-ın sanksiyalarının təsirinə məruz qalacaq. Daha dəqiq desək, onlara ixrac lisenziyası verilməyəcək”, – deyə hökumət rəsmisi bildirib.

Bununla yanaşı, yeddi Rusiya məmuruna qarşı da sanksiya tətbiq olunub. Onların ABŞ-da yerləşən əmlakına həbs qoyulub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png