ONN İnformasiya Agentliyi

Eldənizdən Səidənin geyiminə REAKSİYA

Eldənizdən Səidənin geyiminə REAKSİYA
09 May 2021 - 18:45

Müğənni Eldəniz Məmmədov estrada ifaçılarının geyimlərini tənqid edib.

ONN media xəbər verir ki, muğam ifaçısı “Birə-bir” proqramında xanım müğənnilərin çox açıq geyindiyini deyib:

“Milli mentaliteti geyimdə qorumalıyıq. Bir az abırlı geyinmək lazımdır. Açıq-saçıq olmaz. Efirlərdə çox tərbiyəsiz formada geyinirlər. Aşırı olmaz, azərbaycanlı olmağımızı qorumalıyıq. Demirəm, estrada müğənnisi xanəndə kimi geyinsin. Var bəzi geyimlər ki, olmaz. Bizim estrada müğənniləri var ki – Tünzalə Ağayeva, Natavan Həbibi yaxşı geyinir. Təzə gələnlər aşırıdır, xoşagəlməyən geyimlərdədirlər”.

Eldəniz “Bəs, Səidə Sultan” sualına “Köhnə müğənnilərdəndir, yeni deyil. Çox açıq geyinir” cavabını verib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png