ONN İnformasiya Agentliyi

Eldar Həsənovun vəsatəti təmin edilmədi

Eldar Həsənovun vəsatəti təmin edilmədi
17 Sentyabr 2021 - 11:58

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

ONN media  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan bugünkü prosesdə Eldar Həsənov səhhətində yaranmış problemlər barədə danışıb, vəziyyətinə dair bir daha məhkəməyə məlumat verərək məhkəməyə gəlməsinin çətin olduğunu deyib.

O, daha sonra ittihamlarla razı olmadığını bildirib.

Vəkil Cavad Cavadov vəsatət qaldırıb. O, E.Həsənovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

Vəsatət təmin edilməyib.

Prosesdə fasilə elan olunub.

Qeyd edək ki, bundan öncə 9 və 13 sentyabr iclaslarında E.Həsənovun vəziyyəti pisləşdiyi üçün proses təxirə salınmışdı. Məhkəmənin 13 sentyabr iclasında hətta E.Həsənov huşunu itirərək yıxılmış, məhkəməyə təcili yardım çağırılmışdı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png