ONN İnformasiya Agentliyi

Fevralın 15-dən sonra… – COVID pasportu ilə bağlı VACİB AÇIQLAMA

Fevralın 15-dən sonra… – COVID pasportu ilə bağlı VACİB AÇIQLAMA
28 Dekabr 2021 - 17:41

Fevralın 15-dən sonra COVID pasportunun ikinci dozadan sonrakı müddəti 6 ay müəyyən edilir. 

ONN media  xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib. O bildirib ki, ikinci dozadan 6 ay keçdikdən sonra sertifikat artıq öz qüvvəsini itirmiş olur. 

“Bildiyiniz kimi müəyyən yerlərə yalnız COVID pasportla daxil olmaq mümkündür. Təbii ki, vaxtı keçmiş COVID pasportla artıq həmin məkanlara daxil olmaq mükün olmayacaq. Fevralın 15-nə qədər bütün vaksin sertifikatları qüvvədə qalır”,- deyə o əlavə edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png