ONN İnformasiya Agentliyi

Məşhur bloger “patı” ilə yaxalandı – Həmin görüntülər – VİDEO

Məşhur bloger “patı” ilə yaxalandı – Həmin görüntülər – VİDEO
15 Aprel 2022 - 12:53

DİN-in Yasamal rayon polis idarəsinin 29-cu polis şöbəsinin və Baş Narkotiklərlə Mübarizə idarəsinin 07.04.2022-ci il tarixində keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində sosial şəbəkələrdə “jam_guliyev” kimi tanınan C.Quliyev saxlanılmış və onun üzərinə baxış keçirilərkən şəxsi istifadə miqdarında Metamfetamin (patı) aşkarlanıb.

Bu barədə DİN-in mətbuat xidmətinə istinadən xəbər verir.

Faktla bağlı 29-cu polis şöbəsinin əməkdaşlarının tərtib etdiyi protokol Yasamal Rayon Məhkəməsinə göndərilmiş və Yasamal Rayon Məhkəməsinin hakimi Murad Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Cəmil Quliyev barəsində 2 ay müddətində inzibati həbs qərarı verilib.
 

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png