ONN İnformasiya Agentliyi

Neft şirkətindən 110 milyon dollarlıq təzminat

Neft şirkətindən 110 milyon dollarlıq təzminat
14 Avqust 2021 - 15:28

Abuja Ali Məhkəməsi, “Shell” neft şirkətinin Nigeriyadakı neft sızıntı iddiasında ogoni xalqına 110 milyon dollar təzminat ödəməsinə qərar verib.

ONN media xəbər verir ki, qərarı verən hakim Əhməd Məhəmməd, pulun 21 gün ərzində ödənməsi lazım olduğunu deyib.

“Shell”in vəkili Aham Ejelamo, pulun ödənəcəyini bildirib.

Ogoni xalqı ilə “Shell” arasındakı məhkəmə təxminən 31 ildir davam edirdi.

Niger deltasında 1958-ci ildən bəri fəaliyyət göstərən Shell-in neft boru xəttlərindən və quyularından hər il tonlarla neft sızıb. Neft sızıntısına görə böyük çirklilik yaranıb və izlərin bölgədən silinməsi 30 il çəkə bilər.

“Shell” yanvar ayında, 2008 və 2009-da səbəb olduğu iki neft sızıntısı üçün 84 milyon dollar təzminat ödəməyi qəbul etmiş və çirklənən Bogo çayını təmizləyəcəyini bildirmişdi.

Afrikanın ən böyük, dünyanın 7-ci böyük xam neft ixracatçısı olan Nigeriyadakı Ogoni xalqı 1993-cü ildə Shell-in bölgədən çıxması üçün etirazlar təşkil etmişdi.(publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png