ONN İnformasiya Agentliyi

SON DƏQİQƏ: Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa atəşə tutuldu

SON DƏQİQƏ: Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa atəşə tutuldu
16 Noyabr 2021 - 11:09

Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə,Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i saat 16.15-dən etibarən noyabrın 16-ı saat 04.30-dək Basarkeçər rayonunun Əzizli, Zərkənd, Aşağı Şorca, Dərə, Göysu, Pəmbək, Şəmşəddin rayonunun Çinarlı, Mosesqex, Yuxarı Mehrab, Ayqepar, Qulalı və Çəmbərək rayonunun Cil yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə, Barmaqbinə, Gədəbəy rayonunun Qalakənd , Daryurd, Novoivanovka, Qaravəlilər, Tovuz rayonunun Ağbulaq, Ağdam, Qaralar, Qoşa, Koxanəbi, Hacallı, Əlibəyli, Əsrik Cırdaxan və Ağstafa rayonunun Köhnəqışlaq yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə intensiv atəşə tutub.

Qarşı tərəfin döyüş aktivliyinin qarşısını almaq məsqəsilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png