ONN İnformasiya Agentliyi

Vilyam Hacıyev həbsdə namaza başladı

Vilyam Hacıyev həbsdə namaza başladı
07 Fevral 2022 - 11:32

İmişli rayonunun həbsdə olan keçmiş icra başçısı Vilyam Hacıyev həbsdə ibadətə başlayıb.

ONN media xəbər verir ki, bu barədə məlumatı “yeni sabah” yayıb. Bildirilib ki, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində olan keçmiş icra başçısı namaz qılır.

O, müəssisədə olanlara hər zaman islam dininə bağlı olduğunu, sadəcə işləri çox olduğundan ibadət üçün vaxt ayıra bilmədiyini deyib. Hətta dinə bağlı olduğunu sübut etmək üçün vaxtilə Göygöl rayonunda məscid tikdirdiyini də bildirib.

Qeyd edək ki, V. Hacıyev ötən ilin sentyabrından Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə köçürülüb. Buna səbəb kimi, onun ağciyərlərində pnevmoniya aşkarlandığı göstərilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png