ONN İnformasiya Agentliyi

Yevlaxda qonşusunu və arvadnı güllələyən kişidən XƏBƏR VAR

Yevlaxda qonşusunu və arvadnı güllələyən kişidən XƏBƏR VAR
24 May 2022 - 13:55

Yevlaxda arvadını və qohumunu güllələyən şəxsin məhkəməsi başlayır.

Bu barədə  rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 09.02.2022-ci il tarixdə Yevlax rayonu, Hacıselli kənd sakinləri – 1977-ci il təvəllüdlü Elnarə Qarayevanın yaşadığı evdə öldürülməsi, qonşusu, 1959-cu il təvəllüdlü İldırım Qarayevin isə öldürülməyə cəhd edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla Elnarə Qarayevanın əri, 1974-cü il təvəllüdlü Mehdi Qarayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odlu silahla atəş açaraq Elnarə Qarayevanı qəsdən öldürməsinə, daha sonra eyni silahdan atəş açaraq qonşusu İldırım Qarayevi öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Mehdi Qarayevə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png