ONN İnformasiya Agentliyi

Məzahir Pənahov işdən çıxarılıb? – BDU -dan AÇIQLAMA

Məzahir Pənahov işdən çıxarılıb? – BDU -dan AÇIQLAMA
08 Aprel 2022 - 10:55

Bakı Dövlət Universiteti (BDU) Məzahir Pənahovun Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsindən azad olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

ONN media xəbər verir ki, universitetdən “Ölkə.az”a bildirilib ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun bu günlərdə qeyd olunan kafedranın müdiri vəzifəsindən azad olunmasına dair məlumat həqiqətə uyğun deyil.

Qeyd olunub ki, Məzahir Pənahov indi yox, 27 may 2019-cu ildə öz ərizəsi ilə işdən azad olunub.

Məlumatda həmçinin bildirilib ki, fakültənin Elmi Şurasının qərarı ilə bu ilin yanvarın 27-də Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsinə Rəhim Rəhimov seçilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png