ONN İnformasiya Agentliyi

“Twitter” Ukraynadakı müharibə ilə bağlı 50 mindən çox tviti SİLDİ

“Twitter” Ukraynadakı müharibə ilə bağlı 50 mindən çox tviti SİLDİ
17 Mart 2022 - 9:50

“Twitter” sosial şəbəkəsi Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı çaşdırıcı və ya qeyri-dəqiq məlumatların yer aldığı 50 mindən çox mesajı silib və ya qeyri-dəqiq kimi qeyd edib.

Bu barədə “Twitter”n ictimai siyasət üzrə vitse-prezidenti Şineyd MaksSvin məlumat verib.

O, qeyd edib ki, belə tvitlərdə, xüsusən də Ukraynada çəkilmiş kimi görünən köhnə videolar var.

Bundan əlavə, Ukraynada müharibə başlayandan bəri “Twitter” spam və manipulyasiya ehtiva edən 75 mindən çox profili silib.

Sosial şəbəkə həmçinin Belarusiyadan olan bir çox dövlət mediasının profilləri üçün etiketlər əlavə etməyə başlayıb, həmçinin Ukraynadakı dövlət mediasının bir profilini qeyd edib (bu qeyd olunmayıb).

“Biz həmçinin aldadıcı və ya qeyri-dəqiq kontekstlərdə yayılan məzmunun, o cümlədən Ukraynada olduğunu iddia edən münaqişələrin köhnə videolarının əhəmiyyətli dərəcədə artdığını gördük. Süni yaradılmış və xüsusi hazırlanmış media faylları ilə bağlı siyasətimizə uyğun olaraq, biz 50.000-dən çox məzmun nümunəsini işarələdik və ya sildik”, – MaksSvin qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png