Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı şəhərində yaşıllıqların salınması və onların genişləndirilməsinə olan diqqət və qayğısının bariz nümunəsidir ki, hər il paqtaxtın rayonlarında minlərlə yeni ağaclar əkilir, onlara qulluq göstərilir, yeni-yeni yaşıllıq zonaları yaradılır, istirahət parkları, abad məhəllələr salınır. Bu işlər çərçivəsində paytaxtımız Bakı şəhərinini bütün rayonlarını əhatə edən növbəti ümumşəhər iməcliyi təşkil olunmuşdur. Rayonların rəhbərliyi, ictimaiyyət, idarə və təşkilatların nümayəndələri, təsərrüfat xidmətləri, gənclərin, sahibkarların və iş adamlarının iştirakı ilə keçirilən iməcliklərdə ümumilikdə minlərlə insan iştirak edib. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən ONN media -ya verilən məlumata görə, məcliklərdə zamanı ərazində təmizlik işləri görülüb, ağacların dibi, yol kənarları quru otlardan təmizlənib, ağacların quru budaqları budanıb, gövdəsi ağardılıb, əvvəl əkilmiş güllərə, ağaclara və yaşıllıqlara qulluq göstərilib. İlboyu göstərilən qulluq nəticəsində ötən il əkilmiş ağacların çox böyük əksəriyyətinin boy atdığı müşahidə olunmuşdur. Eyni zamanda rayonların ərazilərində yerləşən ictimai-iaşə, məişət və digər obyektlərin vitrinləri, küçələrdə bordyurlar, işıq dirəkləri yuyulub, onların qarşısındakı ərazilərdə abadlıq işləri aparılib, bir sıra yerlərdə hasarlar rənglənib. Paytaxtımızda keçirilən iməclik və ağacəkmə aksiyaları ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, şəhərimizin daha da gözəlləşməsi istiqamətində görülən işlərin davamı olmuşdur. İl ərzində Bakı şəhərində ərazinin yaşıllaşdırılması, yeni ağacların əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı iməcliklər davam etdiriləcəkdir.
Bakıda ümumşəhər iməcliyi keçirildi



Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib
Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib
Bu gün Bakının 549 küçəsi yuyuldu
Paytaxtda növbəti dəfə iməclik keçirilib
Paytaxt küçələri yenə yuyuldu
Bu gün Bakıda 550 küçə dezinfeksiya edildi
Bu gün Bakıda 546 küçə dezinfeksiya edildi
Bakıda sanitar günü keçirildi
Bu gün Bakının 550 küçəsi yuyuldu
Bakı Şəhər İcra Hakimiyyətindən vətəndaşlara MÜRACİƏT: iyulun 31-də...
İcra Hakimiyyəti Bakı sakinlərinə MÜRACİƏT ETDİ: sabah...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 