Bakıda təmizlik işlərinin görülməsi, prospekt, küçə, həyət və məhəllələrin daha da gözəlləşdirilməsi məqsədi ilə təmizlik və abadlıqla bağlı növbəti ümumşəhər iməcliyi keçirilib.
ONN media xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti qurumlarının əməkdaşlarının iştirakı ilə səhər saatlarından başlanan iməclik paytaxtın bütün rayonlarını əhatə edib.İməclik zamanı Bakının kommunal xidmətləri tərəfindən şəhərdə prospekt və küçələrin, səki kənarlarının və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, bir sıra binaların fasadlarının, park və istirahət yerlərində oturacaqların təbiətə ziyanı olmayan vasitələrlə yuyulması həyata keçirilib.
Kommunal xidmətlərinin texnikası əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını aparıb, əməkdaşlar tərəfindən balansda olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların dibi yumşaldılıb, həmişəyaşıl ağaclar yuyulub.
Eyni zamanda, şəhər ərazisində Abşeron iqliminə uyğun əkilən yeni ağac, kol və güllərə, yaşıllıq zolaqları və parklarda qazon örtüyünə qulluq göstərilib.
İməclikdə həm də prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. Təmizlik işlərində obyektlərin əməkdaşları da fəallıq göstəriblər.



Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib
Paytaxtda növbəti dəfə iməclik keçirilib
Bu gün Bakının 549 küçəsi yuyuldu
Bu gün Bakının 550 küçəsi yuyuldu
Bakı təmizləndi
Paytaxt küçələri yenə yuyuldu
Bakıda ilk qardan sonra geniş təmizlik aparıldı
Bu gün Bakıda 546 küçə dezinfeksiya edildi
Bu gün Bakıda 550 küçə dezinfeksiya edildi
Bakıda sanitar günü keçirildi
Bakı küçələrinin dezinfeksiyasına başlandı
Bakı küçələri növbəti dəfə dezinfeksiya edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 