Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları barəsində cinayət işinin başlanması ilə bağlı yayılan məlumat doğru deyil. ONN media bildirir ki, bunu Report-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib. O bildirib ki, vəkil Orxan Kəngərlinin polis şöbəsində təzyiqə məruz qalması barədə etdiyi müraciətə əsasən Binəqədi Rayon Prokurluğunda müvafiq araşdırma davam edir və nəticəsi barədə məlumat veriləcək. Qeyd edək ki, Vəkillər Kollegiyasının üzvü Orxan Kəngərlinin Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində fiziki təzyiqə məruz qalması ilə bağlı məlumat yayılmışdı. Lakin Daxili İşlər Nazirliyi məlumatın yalan olduğunu, vəkilin polis şöbəsinin normal iş rejimini pozmasına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərildiyini açıqlamışdı. Sonradan vəkilə qarşı zorakılğa yol verdiyinə görə, polis əməkdaşları işdən çıxarılıb. Məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun 7 iyun tarixli əmri ilə Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəis müavini Yalçın Yaqubov daxili işlər orqanlarından xaric edilib, təhqiqatçı Elnur Rəşidov isə vəzifədən azad olunub. Nazirin digər əmri ilə əməliyyatçı və sahə müvəkkilinə töhmət və xidmətə yararsızlıq intizam məluliyyətinə cəlb etmə tətbiq olunub. Həmçinin sosial şəbəkədə şöbənin əməkdaşları barədə cinayət işinin başlanması barədə də məlumat yayılmışdı.
Ramil Usubov bu polisləri işdən qovdu - Prokurorluqdan açıqlama



Ramil Usubovdan yeni TƏYİNAT
Ramil Usubovdan yeni təyinat
4 rayonun polis rəisi İŞDƏN ÇIXARILDI
Ramil Usubovdan yeni TƏYİNATLAR - SİYAHI
Nazirdən yeni TƏYİNAT
Vilayət Eyvazov vəzifəli şəxsi işdən çıxartdı
Lənkəranda polis tələbəni döyüb? - DİN-dən Açıqlama
Bakıda sevdiyi qıza etdiyi jestə görə döyülən gənclə bağlı YENİ XƏBƏR
Ramil Usubovdan yeni təyinat
Məşhur bloger "patı" ilə yaxalandı - Həmin görüntülər - VİDEO
Nazir ona yüksək VƏZİFƏ VERDİ
Məhkəmədən Kamil Zeynallı barədə QƏRAR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 