Azərbaycanda son 5 il ərzində nikaha daxil olanların sayı azalıb, boşananların sayı artıb. ONN media xəbər verir ki, 2018-ci ildə Azərbaycanda 62 484 nəfər nikaha daxil olub ki, bu da son 5 ilin ən aşağı göstəricisidir. 2017-ci ildə Azərbaycanda 62 923, 2016-cı ildə isə 66 771 nəfər, 2015-ci ildə 68 773, 2014-cü ildə 84 912 nəfər nikah bağlayıb. Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 2014-cü ildə 9, 2015-ci ildə 7,2, 2016-cı ildə 6,9, 2017-ci ildə 6,5, 2018-ci illərdə 6,4 olub. Boşanmaların sayına gəldikdə, ölkədə 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764, 2016-cı ildə 13 114, 2017-ci ildə 14 514, 2018-ci ildə 14 857 nəfər boşanıb. Əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı 2013, 2014 və 2015-ci ildə 1,3, 2016-cı ildə 1,4, 2017 və 2018-ci illərdə 1,5 olub. Qeyd edək ki, Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova Azərbaycanda ailələrin ən çox xasiyyətin tutmaması, uşaqların olmaması və yeni qurulan ailələrin həyatına müdaxilələr edilməsi səbəbindən dağıldığını söyləyib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə bildirib ki, müasir dövrdə ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil. Erkən və qeyri-rəsmi nikahlar, uşaqların qüsurla doğulması və ya uşağın olmaması ailələrdə boşanma hallarına səbəb olur. (trend)
Ölkədə boşananların sayı artıb - SON 5 İLİN ƏN YÜKSƏK SAYI



Azərbaycandakı narkomanların sayı AÇIQLANDI
Ölkədə spirtli içkidən asılı olan insanların SAYI NƏQƏDƏRDİR?
Son 10 ildə ana ölümlərinin sayı açıqlanıb
Azərbaycanda doğulan uşaqların sayı azalıb
Azərbaycanda 1 yaşadək uşaqların ÖLÜM SƏBƏBLƏRİ NƏDİR?
Azərbaycanda 1 yaşadək uşaqların ölüm SƏBƏBİ AÇIQLANDI
Azərbaycanda qadınların sayı azalır
Azərbaycandakı vərəm xəstələrinin STATİSTİKASI
Ölkədə şəkərli diabet xəstələrinin STATİSTİKASI
Azərbaycanda 18 yaşadək evlənən gəlin və bəylərin SAYI nə qədərdir?
Azərbaycanda ildən-ilə qadınların sayı azalır - ŞOK STATİSTİKA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 