Azərbaycanda doğulan uşaqların sayı, eləcə də ailədə 3, 4 və 5-ci uşağın doğulması halları azalıb. ONN media xəbər verir ki, 2018-ci ildə ölkədə 138 min 982 uşaq dünyaya gəlib ki, bu rəqəm 2000-ci illə (116 min 994 uşaq) müqayisədə çox olsa da, 2005-ci illə (141 min 901 uşaq) müqayisədə azdır. Ötən illər üzrə götürdükdə ən çox uşaq 176 min 72 olmaqla, 2011-ci ildə dünyaya gəlib. 2011-2014-cü illər ərzində doğulan uşaqların sayı 170 mindən az olmasa da, 2015-ci ildən başlayaraq, bu say getdikcə azalmağa başlayıb. 2015-ci ildə diri doğulanların sayı 166 min 210, 2016-cı ildə 159 min 464, 2017-ci ildə 144 min 41, 2018-ci ildə 138 min 982 olub. Maraqlıdır ki, 2011-ci ildə doğulan uşaqların sayının çox olmasına baxmayaraq, ailədə doğulan 3 və 4-cü uşaqların sayı son dövrlərlə müqayisədə elə də çox olmayıb. Ümumilikdə son illər ərzində ailədə 3 və 4-cü uşaqların doğulması hallarının azalması tendensiyası müşahidə edilir.
Lakin buna baxmayaraq, son bir neçə il ərzində ailədə doğulan 3 və 4-cü uşaqların sayı ümumilikdə doğulan uşaqların sayının daha çox qeydə alındığı 2011-ci ildəkindən çox olub. 2011-ci ildə 19542 uşaq ailədə 3-cü, 3130 uşaq 4-cü uşaq kimi dünyaya gəlib. Doğulan uşaqların sayının daha az qeydə alındığı 2015-ci ildə 25195 uşaq ailədə 3-cü, 4404 uşaq 4-cü, 2016-cı ildə 23498 uşaq 3-cü, 4346 uşaq 4-cü, 2017-ci ildə 21563 uşaq 3-cü, 4053 uşaq 4-cü, 2018-ci ildə 21169 uşaq 3-cü, 3904 uşaq 4-cü övlad kimi dünyaya göz açıb. Son illər ərzində ailədə 5-ci və daha sonrakı uşağın doğulması halları da azalıb. 2014-cü ildə ölkədə 1222 uşaq ailənin 5-ci və daha sonrakı övladı kimi dünyaya göz açdığı halda, 2015-ci ildə onların sayı 1108-ə, 2016-cı ildə 1019-a, 2017-ci ildə 946-a, 2018-ci ildə 925-ə enib.Azərbaycanda doğulan uşaqların sayı azalıb



Ölkədə boşananların sayı artıb - SON 5 İLİN ƏN YÜKSƏK SAYI
Azərbaycanda 1 yaşadək uşaqların ÖLÜM SƏBƏBLƏRİ NƏDİR?
Azərbaycanda 1 yaşadək uşaqların ölüm SƏBƏBİ AÇIQLANDI
Azərbaycanda hər 100 qıza neçə oğlan düşür?
16 ildə məzunların sayı nə qədər azalıb?
Azərbaycandakı narkomanların sayı AÇIQLANDI
Əcnəbilərə övladlığa verilən Azərbaycanlı uşaqların sayı açıqlandı
Azərbaycanda 538 körpə fiziki qüsurlu doğulub- SƏLİM MÜSLÜMOV
Ölkədə spirtli içkidən asılı olan insanların SAYI NƏQƏDƏRDİR?
Karantin boşanmların sayına necə təsir edib? - ÜZÜCÜ RƏQƏM
Azərbaycanda uşaq nikahları 10 dəfə azalıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 