Dünən cəbhə xəttində erməni tərəfinin açdığı atəş nəticəsində Gədəbəy rayonu, Köhnəqışlaq kəndinin sakini, 2000-ci il təvəllüdlü, əsgər Elşən Xəlilov şəhid olub.
“Ölkə.Az” xəbər verir ki, Tərtər rayonunda baş verən bu insidentdən bir neçə gün əvvəl Ağdam istiqamətində də erməni snayperin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun mayoru Aqil Ömərov şəhid olmuşdu.
Ermənistanın müdafiə naziri David Tonoyan bu gün bəyan edib ki, Tərtər istiqamətində azərbaycanlı əsgərin öldürülməsi əmrini şəxsən verib. Ermənistanın müdafiə nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, azərbaycanlı əsgəri şəhid edən erməni hərbçilər mükafatlandırılıb. Bəyanatda bildirilir ki, 1 iyun tarixində Xocavənd istiqamətində Azərbaycan mövqelərindən açılan atəş nəticəsində erməni əsgər Sipan Melkonyan öldürülüb. Bu isə qisas aksiyası olub.
Tonoyanın bəyanatı bir daha sübut edir ki, cəbhə xəttində törədilən təxribatların arxasında birbaşa Ermənistan rəhbərliyi dayanır. Maraqlıdır ki, Sankt-Peterburqda keçirilən iqtisadi forumda azərbaycanlı jurnalistin Paşinyana ünvanlandığı sualdan baş nazir yayınmağa çalışıb və bildirib ki, azərbaycanlı əsgərin öldürülməsi faktı təxribatdır və hazırda istintaq aparılır. Guya həmin gün növbədə duran erməni əsgərlərin silahları yoxlanılıb və məlum olub ki, atəş açılmayıb. Guya toplanan faktlar Azərbaycan tərəfinə təqdim edilib.
Təbii ki, Paşinyanın açıqlaması növbəti yalan və absurddur. Söhbət təxribatdan gedir, bu təxribatı xüsusi hazırlanmış snayper törədib. Silahların yoxlanması məsələsi isə sadəcə məsuliyyətdən yayınmaqdır.
Bu gün isə erməni nazir etiraf edir ki, əmri şəxsən verib.
Bundan sonra isə söz Azərbaycan Ordusunun olacağına inanırıq.
Ermənistanın müdafiə naziri — “Elşən Xəlilovun ölüm əmrini şəxsən vermişdim”



Şəhid hərbçimiz torpağa tapşırıldı - Yeniləndi
Hərbi qulluqçumuz şəhid olub
Şəhidimizin qisası alındı: iki erməni əsgəri məhv edildi
Türkiyə daha 2 şəhid verdi
Erməni əsgər Azərbaycan tərəfindən məhv edilib?
Şəhidin medalı ailəsinə təqdim edildi
Türkiyədən acı xəbər - 1 əsgər şəhid oldu
Daha iki erməni hərbçi yaralandı
Ordumuzun əsgəri şəhid oldu - MN
SON DƏQİQƏ: Ordumuz şəhid verdi
Kəlbəcər istiqamətində daha bir erməni məhv edild
Qarabağda erməni hərbçi öldü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 