İyunun 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimini izləmək məqsədilə Naxçıvan şəhərinə gəlib. Bu barədə ONN media -ya Müdafiə Nazirliyindən məlumat verilib. İyunun 7-də start götürən Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimə 5000 nəfərədək şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri cəlb olunub. Təlimin məqsədi qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaqdır. “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi iyunun 11-dək davam edəcək.
Müdafiə naziri Naxçıvanda



Hulusi Akar Naxçıvana gəldi
Bakıda Azərbaycan-Türkiyə birgə təlimi başladı
İrəvanı qorxudan hərbi təlim başladı: Bakı və Ankara... - Video
Azərbaycan-Türkiyə birgə hərbi təlimi keçiriləcək
Türkiyə hərbi texnikaları Naxçıvanda
Azərbaycan ordusunda təlimlər keçirilir
Ordumuz 10 minlik heyətlə başladı- VİDEO
Türkiyə Naxçıvandakı hərbi hərəkətliliklə bağlı MƏLUMAT YAYDI - VİDEO
Azərbaycan Ordusunda əməliyyat-taktiki təlimləri keçiriləcək - MN
Ordumuz 10 minlik heyətlə savaşa başlayır
Naxçıvanda döyüş təyyarələri və helikopterlər təlimə cəlb edildi
Azərbaycan Ordusunun geniş miqyaslı təlimləri keçirilir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 