Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən 3-dək ölkəmizdə “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimi keçiriləcək.
Müdafiə Nazirliyindən ONN media -ya verilən məlumata görə, təlimdə iştirak etmək üçün Azərbaycana gələn Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin təntənəli qarşılanma mərasimi olub.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan büstü önünə gül dəstələri qoyulub, Ulu öndərin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təlimin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və
Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq, həmçinin təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərini və qarşılıqlı anlaşmasını yüksək səviyyədə saxlamaqdır.
Birgə təlimə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri cəlb ediləcək.
Təlimə hazırlıq dövründə türkiyəli hərbçilər üçün bir sıra mədəni-kütləvi tədbirlərin keçirilməsi planlaşdırılır.



İrəvanı qorxudan hərbi təlim başladı: Bakı və Ankara... - Video
Müdafiə naziri Naxçıvanda
Hulusi Akar Naxçıvana gəldi
Bakıda Azərbaycan-Türkiyə birgə təlimi başladı
Azərbaycan-Türkiyə birgə təlimləri başa çatdı
Bakıda bu hərbiçilər mükafatlandırıldı
Türkiyə hərbi texnikaları Naxçıvanda
Azərbaycan-Türkiyə təlimi başa çatdı
Azərbaycan və Türkiyə ordusu Laçında BİRGƏ HƏRƏKƏTƏ KEÇDİ
Azərbaycan-Türkiyə birgə təlimlərindən YENİ VİDEO
Azərbaycan və Türkiyə ordusu meydana çıxarılır
Azərbaycan və Türkiyədən düşmənə "göz dağı"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 