"Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən "əməkhaqqı" və "türkmənşəli" sözlərinin çıxarılmasını düşünürük". Bunu AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib. O bildirib ki, "əməkhaqqı" sözü əvvəlki lüğətlərdə olmayıb: "Misal üçün 1960-cı ildə nəşr olunan "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə əsasən "əməkhaqqı" bitişik söz kimi deyil, mürəkkəb sözdür. Həmin söz 1975-ci ildə nəşr olunan lüğətdə də verilməyib. Bu söz 2004-cü ildə lüğətə daxil olub və daha sonra 2013-cü ildə də lüğətə daxil edilib. Bu da sonradan etirazlara səbəb olub". Akademikin sözlərinə görə, etiraz edənlər "təhsilhaqqı" və "gedişhaqqı" sözlərinin də yazılış qaydasının necə olduğunu soruşurlar: "Hesab edirəm ki, bu təklif uğurludur. Dilimizdə bu sözlər "təhsil haqqı" və "gediş haqqı" kimi yazılır. Ona görə də biz yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən "əməkhaqqı" sözünü çıxarmağı düşünürük. Çünki bu, mürəkkəb sözdür. Onu cəmləndirəndə "əmək haqqları" olur, "əməkhaqqıları" olmur. Danışan zaman "onların əməkhaqqıları" deyilmir. Amma "ayaqqabı" sözü mürəkkəb söz olsa da, cəm şəkilçi qəbul etdikdə "ayaqqabıları" kimi yazılır. "Əmək haqqı" ikinci növ təyini söz birləşməsidir və bitişik yazılmamalıdır. Bitişik yazılmayan söz də lüğətdən çıxarılmalıdır". M.Nağısoylu bildirib ki, lüğətdən çıxarılması müzakirə olunan sözlərdən biri də "türkmənşəli" sözüdür: "Bu söz də əvvəlki lüğətdə olmayıb. Çünki haqlı olaraq edənlər "fransızmənşəli", "ingilismənşəli" sözlərin də lüğətimizə daxil olmasını düşünürlər. Ümumilikdə, yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən 1000-ə yaxın bu tipli sözün çıxarılması nəzərdə tutulur". Qeyd edək ki, Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə əvvəlki orfoqrafiya lüğətində olmayan 4000 yeni söz daxil edilib. "Azərbaycan dilinin orfoqrafiya lüğəti", təqribən, 5 ildən bir hazırlanır. (report)
Azərbaycan dilindən bu sözlər çıxarılır



Orfoqrafiya lüğətindən 10 min söz çıxarılacaq
Yeni orfoqrafiya lüğətinə 4000 yeni söz daxil edilib
Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinə 6 min söz əlavə edildi
Bu sözlər orfoqrafiya lüğətindən çıxarıldı
Orfoqrafiya lüğətinin siqnal nüsxəsi çapdan çıxdı
Yeni lüğətdə yeni sözlər - Deltaplan, gid, prelüdiya... - VİDEO
Yeni orfoqrafiya lüğəti bu prinsiplər əsasında hazırlanacaq - Möhsüm Nağısoylu AÇIQLADI
Hörümçək sözü lüğətdən çıxarılıb? - AÇIQLAMA
Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları hazırlanıb
“Müasir Azərbaycan dilinin qrammatikasını yaratmağa ehtiyac var” - AKADEMİK
“Əsgər” sözü “əskər”, “alqı-satqı” isə “alğı-satqı” kimi yazılacaq - RƏSMİ
Orfoqrafiya müzakirələri dayandırıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 