Yeni hazırlanan "Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsi ilə bağlı müzakirələr dünəndən etibarən dayandırılıb.
ONN media xəbər verir ki, bunu Trend-ə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib. Onun sözlərinə görə, müzakirələrin dayanmasına baxmayaraq, yeni qaydalarla bağlı işçi qrupa təkliflər daxil ola bilər. İndiyədək komissiyaya 300-dən çox təklif daxil olub.
M.Nağısoylu qeyd edib ki, işçi qrup bir ay müddətində yeni orfoqrafiya qaydaları ilə bağlı indiyədək daxil olan təklifləri sistemləşdirəcək. Bundan sonra isə Orfoqrafiya Komissiyası həmin təkliflərin məqbul olub-olmamasına baxacaq.
İnstitut direktoru əlavə edib ki, bu təklifləri müzakirə etmək üçün Orfoqrafiya Komissiyasının iclası bir aydan sonra keçirilə bilər.
Qeyd edək ki, 69 maddədən ibarət olan "Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsi Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutu tərəfindən hazırlanıb. Layihə ictimaiyyətə geniş müzakirə üçün təqdim olunub. Bu layihənin müzakirəyə verilməsinin məqsədi ictimaiyyəti yeni qaydalarla tanış etmək, ona münasibətini bildirmək üçün şərait yaradmaq, nəticədə layihə ilə bağlı dəyərli fikirləri sonda nəzərə almaq olub.



Yeni orfoqrafiya lüğətinə 4000 yeni söz daxil edilib
Sədr müavini: "Yeni qaydalarla bağlı yekun qərar..."
Bu sözlərin yazılış qaydası DƏYİŞDİRİLİR
“Əsgər” sözü “əskər”, “alqı-satqı” isə “alğı-satqı” kimi yazılacaq - RƏSMİ
Orfoqrafiya lüğətindən 10 min söz çıxarılacaq
Orfoqrafiya lüğətinin siqnal nüsxəsi çapdan çıxdı
Yeni lüğətdə bu sözlərin belə yazılması TƏKLİF OLUNUR
Azərbaycan dilindən bu sözlər çıxarılır
Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları hazırlanıb
Bu sözlər orfoqrafiya lüğətindən çıxarıldı
Allah, Rəbb, Tanrı sözləri böyük hərflə yazılmalıdır - Yeni lüğət
Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinə 6 min söz əlavə edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 