"Bakı Metropoliteni”nin "Xətai" stansiyası avqust ayında açılacaq.
ONN media xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin sədr müavini Hidayət Məmmədov məlumat verib.
H.Məmmədovun sözlərinə görə, hazırda stansiyada eskalatorların sazlanma prosesi gedir:
“Biz çalışırıq ki, “Xətai” stansiyasını sərnişinlərin istifadəsinə mümkün qədər tez verək. Tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Eskalatorlar artıq quraşdırılıb. Avqust ayında stansiya yeni görkəmi ilə istifadəyə veriləcək”.
Qeyd edək ki, "Xətai" stansiyası 1968-ci ildə istismara verilib. Təmir dövründə "Xətai" stansiyasında 1968-ci ildən istifadədə olan "LT-2" tipli 3 eskalator sökülüb. Onların əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Viktoriya Tube" tipli 4 eskalator quraşdırılıb. Dərin özüllü stansiya bir giriş-çıxışlı olduğundan, quraşdırılacaq 4 eskalator sərnişin axınının sürətini daha rahat tənzimləməyə, təhlükəsizliyi gücləndirməyə imkan verəcək.
Xatırlatmaq yerinə düşər ki, buna qədər "28 May" və "Sahil" stansiyalarında aparılmış yenidənqurma tədbirləri çərçivəsində sökülmüş 3 eskalatorun yerinə onların 4 ədəd yeni nəsil analoqları quraşdırılıb.
"Xətai" stansiyası birçıxışlı olduğu üçün təmir dövründə onun bağlanması zərurəti yaranıb. Bunu nəzərə alaraq, “Bakı Metropoliteni”nin “Xətai” stansiyası keçən ilin sentyabrın 27-dən sərnişinlərin giriş-çıxışı üçün bağlanıb. Həmçinin "Cəfər Cabbarlı-Xətai" istiqamətində və əksinə olmaqla, sərnişin qatarlarının hərəkəti dayandırılıb.



"Xətai" stansiyası nəvaxt açılacaq?
"Xətai" stansiyası nəvaxt açılacaq?
“Xətai” metrostansiyası BAĞLANACAQ
Bu metro stansiyası bağlanır - DİQQƏT
Metronun bu stansiyası da təmirə bağlanır
“Xətai” stansiyasında hansı yeniliklər olacaq?
"Xocahəsən" stansiyası nə vaxt təhvil veriləcək?
“Xətai” stansiyası bağlandı
3 mərtəbəli yeni metro stansiyası sərnişinlərin ixtiyarına veriləcək - RƏSMİ
Sahil metrosunun istifadəyə veriləcəyi tarix açıqlandı
"Sahil" stansiyasında eskalatorun dayanma səbəbi məlum oldu
Bu stansiya istifadəyə verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 