ONN media Publika-ya istinadla xəbər verir ki, “Xətai” stansiyası əsaslı təmir işləri ilə əlaqədar sentyabrın 27-də bağlanacaq.
Bu sözləri "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, Bakı metropoliteninin 1968-ci ildə istismara verilmiş "Xətai" stansiyasında 2019-cu il avqust ayının 10-a qədər təmir-bərpa işləri aparılacaq:
"Eskalatorların dəyişdirilməsinə və yenidənqurulmasına ehtiyac var. Həmçinin 50 illik istismar dövründə stansiyanın köhnəlmiş qurğu və avadanlıqları ən son müasir tələblər səviyyəsinə çatdırılacaq. Stansiyanın yerüstü vestibülünün döşəmə və divar üzlükləri yenilənib, ümumilikdə, stansiya kompleksi əsaslı şəkildə yenidən qurulacaq. Qarşıdakı müddət ərzində həmçinin "Xətai" stansiyasının 2-ci baş yolunun və “Xətai-Cəfər Cabbarlı” mənzilinin 2-ci yolunun sağlamlaşdırılması, əsaslı təmiri və yenidən qurulması da başa çatdırılacaq. Bunu nəzərə alaraq, “Bakı Metropoliteni” QSC sərnişinlərə xəbərdarlıq edir ki, “Xətai” stansiyası 2018-ci il sentyabr ayının 27-dən sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq. Həmçinin "Cəfər Cabbarlı-Xətai" istiqamətində və əksinə olmaqla, sərnişin qatarlarının hərəkəti dayandırılacaq. Bütün təmir-bərpa və quraşdırma işlərinin 2019-cu il avqust ayının 10-da başa çatdırılması nəzərdə tutulub".
B.Məmmədov onu da əlavə edib ki, Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, qeyd edilən müddətdə sonuncu dayanacağı "Xətai" stansiyası və ona yaxın ərazilərdə olan şəhər sərnişindaşıma avtobus marşrutlarının hərəkəti "28 May" stansiyası və digər müvafiq istiqamətlərdə tənzimlənəcək. Bununla əlaqədar Bakı Nəqliyyat Agentliyi ictimaiyyətə əlavə məlumat verəcək.
Qeyd edək ki, "Xətai" stansiyasında və "Xətai-Cəfər Cabbarlı" mənzilində infrastrukturun sağlamlaşdırılması, əsaslı təmiri 2016-cı ilin dekabr ayında yekunlaşdırılmış, birinci mərhələsində stansiyanın 1-ci baş yolu və orta zalı, eləcə də “Xətai-Cəfər Cabbarlı” mənzilinin 1-ci yolu müasir tələblər səviyyəsinə çatdırılmışdır. Bundan başqa "28 May" və "Sahil" stansiyalarında aparılmış yenidənqurma tədbirləri çərçivəsində sökülmüş 3 eskalatorun yerinə onların 4 ədəd yeni nəsil analoqlar da quraşdırılıb.
“Bakı Metropoliteni” QSC yaranmış narahatlığa görə sərnişinlərindən üzr istəyir.



"Xətai" stansiyası nəvaxt açılacaq?
"Xətai" stansiyası nəvaxt açılacaq?
“Xətai” stansiyası nə vaxt açılır?
“Xətai” metrostansiyası BAĞLANACAQ
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ - Bu stansiyada...
Metronun bu stansiyası da təmirə bağlanır
DİQQƏT- Bu metro stansiyası təmirə bağlanır
"Həzi Aslanov" stansiyasında təmir başladı
“Xətai” stansiyası bağlandı
Bu ərazidə yeni metro stansiyası açılacaq
"Xocahəsən" stansiyası nə vaxt təhvil veriləcək?
“Xətai” stansiyasında hansı yeniliklər olacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 