Çinin “Huawei” kompaniyası “Matebook” noutbukunun yeni versiyasının istehsalını qeyri-müəyyən vaxtadək təxirə salıb. ONN media azertac -a istinadla xəbər verir ki, yeni noutbuk modeli bu həftə Şanxayda keçiriləcək “CES Asia 2019” sərgisində ictimaiyyətə təqdim olunmalı idi. Kompaniya nümayəndələrinin məlumatına görə, yeni notbukun istehsalının dayandırılması barədə qərar onlara qarşı tətbiq olunan sanksiyalar səbəbindən qəbul edilib. Xatırladaq ki, mayın 15-də Prezident Donald Tramp ABŞ-ın informasiya-kommunikasiya infrastrukturunun xarici təhdidlərdən qorunması üçün fövqəladə vəziyyət rejiminin tətbiqi barədə fərman imzalayıb. Bununla bağlı Birləşmiş Ştatların Ticarət Nazirliyi mayın 17-də “Huawei” kompaniyasını qara siyahıya salıb. Amerikanın “Google” kompaniyası isə öz növbəsində “Huawei” kompaniyasına texniki dəstək verməyi və xidmət göstərməyi dayandırmaq qərarına gəlib. Çinin İKT nəhəngi bundan sonra “Android” proqram təminatından və “Google” kompaniyasının tərəfdaşlarına göstərdiyi müxtəlif xidmətlərdən istifadə edə bilməyəcək. Eyni zamanda “Intel”, “Broadcom” və digər IT nəhəngləri də Çin korporasiyası ilə əməkdaşlıqdan imtina edib. “Matebook” noutbuklarının istehsalında məhz “Intel” prosessorlarından, həmçinin “Windows” əməliyyat sistemindən istifadə edilirdi. Beləliklə, yeni noutbuk “Huawei” kompaniyasının sanksiyalar səbəbindən bazara çıxa bilməyəcəyi ilk məhsulu olacaq. “Huawei” isə öz növbəsində ABŞ hakimiyyətinin fəaliyyətini təhlükəli presedent adlandırıb. Kompaniyanın hüquqi məsələlər üzrə baş mütəxəssisi Sun Lüpinin sözlərinə görə, ABŞ-ın bu məqsədlə bütün mümkün alətlərdən və dövlət gücündən istifadə etməsi bənzər hadisənin istənilən sahə və müəssisənin başına gələ biləcəyindən xəbər verir. Qeyd edək ki, 2018-ci ildə “Huawei” kompaniyasının gəliri 105 milyard dollar təşkil edib, xalis gəliri isə 8 milyard dolları keçib. O, dünyada ikinci ən böyük smartfon istehsalçısıdır.
“Huawei”ə GÖZLƏNİLMƏZ ZƏRBƏ



Çin telefonları işlədənlərə PİS XƏBƏR
“Huawei”ə BÖYÜK ZƏRBƏ
"Facebook" “Huawei”yə qadağa qoydu
“Huawei” ilk “ağıllı” eynəyini təqdim edib
“Google” servisini əvəzləyəcək xidmət yaradılacaq
“Huawei” ABŞ nazirliyini məhkəməyə verdi
Yaponiya da çağırışa qoşuldu - “Huawei”ə qadağa
“Huawei” istifadəçilərinə şad xəbər
"Whatsapp" bu telefonlarda işləməyəcək
"Unibank"ın mobil tətbiqi üzrə keçirilən lotereyanın qalibləri bəlli oldu
Ən çox radiasiya yayan telefonlar məlum oldu - Siyahı
Prezident İlham Əliyev “Huawei” şirkətinin sədri ilə görüşüb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 