“Huawei” şirkəti “YouTube”, “Gmail” və digər “Google” servislərini tam əvəzləyəcək xidmətlər yaratmaqla bağlı planlarını açıqlayıb. Bu işdə Çin şirkətinə Hindistan proqram tərtibatçıları yardımçı olacaq.
ONN media xəbər verir ki, “Huawei” və “Honor” şirkətlərinin Hindistan filiallarının baş direktoru Çarlz Penqin sözlərinə görə, “Honor” Hindistanın 150 populyar mobil əlavə tərtibatçısını öz platformasına cəlb etmək və “Google” servislərini əvəzləyəcək xidmətlər hazırlamaq məqsədilə onlarla danışıqlar aparır. Şirkət onlardan smartfonlar üçün “Huawei” servisləri ekosisteminə daxil ediləcək proqramlar almaq niyyətindədir:
“Naviqator, messencer, ödəniş sistemi kimi əsas mobil əlavələr dekabrın sonunadək hazır olacaq”.
Çin şirkəti təkcə Hindistan deyil, həm də Avropa mütəxəssisləri ilə əməkdaşlıq etmək niyyətindədir. “Huawei” nümayəndəsinin sözlərinə görə, şirkət hər regionda yerli istifadəçilərə 100-150 populyar mobil proqram təklif edəcək. Ekspertlərin fikrincə, “Huawei” bununla “Google” servisləri ilə rəqabət aparmağa çalışacaq.
“Huawei” mobil əlavə ekosisteminə dünya üzrə təxminən 1 milyon proqram tərtibatçısı daxildir. Konkret olaraq Hindistanda əlavənin ekosistemə inteqrasiyası üçün mükafatın məbləği 17 min dollar təşkil edəcək. Tərtibatçıların həvəsləndirilməsi üçün nəzərdə tutulan “Huawei” qlobal fondunun vəsaitləri 1 milyard dollara yaxındır.
Dekabrın 19-da “Huawei” nümayəndələri şirkətin növbəti qabaqcıl smartfonunun “Google” servisləri ilə təchiz edilmədən buraxılacağını təsdiq ediblər. Bununla yanaşı, “Huawei P40” smartfonu “Android 10” əməliyyat sistemi ilə təchiz ediləcək.
“Google” servisini əvəzləyəcək xidmət yaradılacaq



“Huawei” istifadəçilərinə şad xəbər
Goggle Play-dən 700min mobil proqram silinib
Çin telefonları işlədənlərə PİS XƏBƏR
“Huawei” ilk “ağıllı” eynəyini təqdim edib
“Huawei”ə GÖZLƏNİLMƏZ ZƏRBƏ
“Google” öz smartfonları üçün şarj cihazından imtina etdi
Ən yaxşı səs keyfiyyətinə malik ağıllı telefonlar hansılardır?
HUAWEI Mobile Services ekosisteminin imkanlarını təqdim edib
“Huawei”ə BÖYÜK ZƏRBƏ
"WhatsApp"dan istifadə edənlərə XƏBƏRDARLIQ
Azərbaycanda "Google" niyə işləmir? - AÇIQLAMA
"Unibank"ın mobil tətbiqi üzrə keçirilən lotereyanın qalibləri bəlli oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 