Çinin Siçuan vilayətində baş verən 6 bal gücündə zəlzələdə ölənlərin sayı 12-yə çatıb, 122 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb. ONN media xəbər verir ki, İbin şəhərində iyunun 17-də yerli vaxtla 22:55-də ilk təkan qeydə alınıb. Şəhər fövqəladə halların idarəedilməsi bürosundan verilən məlumata əsasən, şəhərin Çannin, Qonsian, Qaosian qəzalarında növbəti iki saat ərzində 8 yeraltı təkan baş verib. Zəlzələ vilayətin inzibati mərkəzi olan Çendu şəhərində və Çunçin bələdiyyəsi ərazisində də hiss olunub. Təbii fəlakət bölgəsinə mülki müdafiə qüvvələri cəlb olunub. Evləri zərər görən sakinlər müvəqqəti çadırlarda yerləşdiriliblər. Hazırda bölgədə axtarış-xilasetmə işləri aparılır. Bəzi yerlərdə avtomobil yollarında hərəkət məhdudlaşdırlıb. Çin Seysmoloji Mərkəzinin məlumatına əsasən, zəlzələ ocağı yer səthindən 16 kilometr dərinlikdə olub. Qeyd edək ki, Çinin Siçuan vilayəti aktiv zəlzələ zonası hesab olunur. Bölgədə 2008-ci ildə baş verən zəlzələ 69 min nəfərin ölümü ilə nəticələnib.
Çində güclü zəlzələ: 12 nəfər öldü - Foto



Çində ard-arda 4 GÜCLÜ ZƏLZƏLƏ: Ölənlər və yaralananlar var
Çində daha bir güclü ZƏLZƏLƏ OLDU
Güclü ZƏLZƏLƏ: 700-dən çox yaralı
Tayvandakı zəlzələdə ölənlərin sayı 7-yə çatdı
Azərbaycanda növbəti GÜCLÜ ZƏLZƏLƏ qeydə alındı
SON DƏQİQƏ: Türkiyədə 4,2 bal gücündə zəlzələ oldu
Azərbaycanda zəlzələ olub
Türkiyə yenə silkələndi- Ölənlərin sayı artır
Güclü zəlzələ daha bir ölkəni silkələdi- ÖLƏNLƏR VAR
Azərbaycanda zəlzələ olub
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 