Xəbər verdiyimiz kimi dünən Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov geniş mətbuat konfransı keçirib. Mətbuat konfransında ordu ilə bağlı jurnalistlərin suallarını cavablandıran nazir bir addımı ilə mətbuatın diqqətini çəkib. ONN media xəbər verir ki, "CBC" televiziyasının müxbiri nazirə rus dilində sual verib. Müdafiə naziri jurnalistə Azərbaycan dilində danışmamasını irad tutub. "Üzr istəyirəm. Niyə sualı rus dilində verirsiniz?Azərbaycan dilini bilmirsinizmi?." Jurnalist sualını rus dilindən verdikdən sonra müdafiə naziri sualın cavabını Azərbaycan dilində verəcəyini bildirib. Xatırladaq ki, jurnalistin sualı "Seyfəli" poliqonundan atılmış tank mərmisinin Gəncədə yaşayış evinə düşməsi hadisəsi ilə bağlı olub. Nazir cavabında bildirib: "Seyfəli" sovet dövründən qalan bir poliqondur. Bu poliqonda 70 ildir təlimlər keçirilir və heç vaxt belə bir hadisə baş verməyib. Tank mərmisi təlim zamanı qayaya dəyib və 18 km uçaraq evə dəyib.Mənim göstərişimlə həmin təlimlər dayanıb. Komissiya məsələni araşdırır, vətəndaşa dəyən ziyan ödəniləcək. Xoşbəxtlikdən bu, döyüş mərmisi olmayıb, yoxsa faciə baş verərdi".Z.Həsənov əlavə edib ki, komissiyanın araşdırmasından sonra həmin poliqonda təlimlərin davam etdirilməsi ilə bağlı qərar veriləcək.
Zakir Həsənov jurnalistə irad bildirdi: "Niyə Azərbaycan dilində danışmırsan?"



Zakir Həsənov Hulusi Akarla telefonla danışdı
Zakir Həsənov Rusiyaya yola düşüb
Zakir Həsənov Çinə gedir
Zakir Həsənov Gürcüstanın Baş naziri ilə görüşdü
Zakir Həsənov Türkiyəyə getdi
Zakir Həsənov Ordumuzun Türkiyə modelinə keçidindən danışdı
Zakir Həsənov Türkiyədə Heydər Əliyev parkında
Zakir Həsənov Şoyquya baş sağlığı verdi
Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlərinin mətbuat konfransı keçirildi
Zakir Həsənov türkiyəli həmkarı ilə görüşdü
Zakir Həsənov Ankarada Yaşar Gülərlə görüşdü
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 