Vətəndaşların ictimai nəqliyyatdan rahat və fasiləsiz istifadəsini təmin etmək məqsədi ilə iki müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. Bakı Nəqliyyat Agentliyindən ONN media-ya verilən məlumata görə, belə ki, Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksində sakinlərin sərnişindaşımaya olan təlabatlarının təmin edilməsi üçün 185 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilib. Dəyişiklik sayəsində kompleks sakinləri Sabunçu rayon mərkəzi, Neftçilər metro stansiyası və 8-ci km bazarı istiqamətinə birbaşa müntəzəm marşrut xəttindən istifadə etməklə gedib-gələ biləcəklər. Bununla yanaşı 194 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. Dəyişiklik Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində yaşayan sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq edilib. Yeni hərəkət sxeminə əsasən 194 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Dadaş Bünyadzadə küçəsindən keçməklə hərəkət edəcək. Bununla da qeyd edilən küçədə yaşayan sakinlərin sərnişindaşımaya olan təlabatı təmin ediləcək. Hər iki dəyişiklik iyunun 22-dən tarixindən qüvvədə olacaq.
Bu avtobusların hərəkətində dəyişiklik edildi



Bu avtobusların hərəkət sxemində dəyişiklik edildi
3 marşrutun hərəkət istiqaməti dəyişir - Sərnişinlərin NƏZƏRİNƏ!
İki marşrutun xətti dəyişdirildi
Bu marşrutun hərəkət sxemi dəyişdi
Bu marşrut xətti üzrə BakuBus avtobusları işləyəcək
Bu marşrutun hərəkət istiqaməti dəyişdirildi
Bakıda 2 marşrut xəttinin hərəkət sxemi dəyişir
5 marşrut xəttinin hərəkət sxemi dəyişib
Bu marşrutların yolu dəyişdi
Bakıda yeni marşrut xətti açıldı
BNA-da DƏYİŞİKLİK
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 