Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 19-da parlamentdə çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deputatların suallarını da cavalandırıb. ONN media xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Paşinyana birinci sual Dağlıq Qarabağın danışıqlarda iştirakı məsələsi ilə bağlı olub: “Paşinyan deyib ki, bu məsələ hər zaman onun gündəmindədir və elə bir görüş yoxdur ki, o, Dağlıq Qarabağ “təmsilçilərinin” danışıqlarda iştirakı məsələsini qaldırmasın. Sadəcə onu deməyib ki, bu məsələdə nəticə əldə etməyib. İkinci sual: “Son günlər təmas xəttində iki hərbçimizi itirmişik, müharibə başlaya bilərmi?” Paşinyan itkilərə toxunmadan deyib ki, sülh istəsələr də, müharibəyə hazır olmalıdırlar. Paşinyan belə bir ifadə işlədib: “Müharibə bitməyib”. Politoloq vurğulayıb ki, Paşinyan çıxışı zamanı onun diplomatik səylərinin guya konkret nəticələri olduğunu da iddia edib, ancaq bu nəticələrin nədən ibarət olduğunu açıqlamayıb: “Nikol Paşinyan əvvəl nə deyibsə, onları təkrarlayıb, bircə ifadədən başqa: “Müharibə bitməyib”. Onun bu fikri həqiqətə uyğundur, biz də hər zaman deyirik ki, müharibə bitməyib. Halbuki Ermənistanı idarə edənlər illərdir cəmiyyətlərinə təlqin edirdilər ki, guya torpaqlarımızı işğal etməklə məsələyə nöqtə qoyulub və guya müharibə onların xeyrinə bitib. Nikol Paşinyan isə erməni cəmiyyətinə bunun belə olmadığını izah edir və gələcək müharibənin anonsunu verir. Düz edir”.
Paşinyandan ilk müharibə etirafı



Paşinyan Qarabağın Azərbaycana aid olduğunu ETİRAF ETDİ
Dağlıq Qarabağ Ermənistandırsa, onda Ermənistan da... - Politoloq
Paşinyan: Sərhədləri açmalıyıq, amma...
Ermənistanın niyyəti nədir?
“Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
Paşinyandan Qarabağ ilə bağlı İDDİA
Paşinyan "Dağlıq Qarabağ"dan danışdı
Paşinyan Qarabağdan əlini üzdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 