Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndində meydanda çıxışı zamanı “Arsax Ermənistandır” deməsi daxili auditoriyaya hesablanıb. Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfəri zamanı səsləndirdiyi fikirləri şərh edən politoloq Elxan Şahinoğlu deyib. "Məsələn, Paşinyan sonrakı cümləsində deyib ki, “qarabağlı”, “irəvanlı”, “icevanlı” yanaşmalarına son qoymaq lazımdır, “hamımız erməniyik”. Demək, ermənilər arasında açıq olmasa da, “irəvanlı” və “qarabağlı” ayrımı var ki, Nikol Paşinyan qarabağlıları qarşısında görmək istəmir. Halbuki, ona qarşı ən böyük gücü məhz Dağlıq Qarabağdan olan ermənilər formalaşdırıb. Bu durumu dəyişmək onun gücündə deyil, həmin ermənilər vaxtilə Levon Ter-Petrosyanı devirdilər, indi də Paşinyana qarşı blok formalaşdırırlar", - politoloq qeyd edib. Onun sözlərinə görə, Paşinyanın Xankəndində erməni auditoriyasına hesabladığı çıxışdan asılı olmayaraq, rəsmi Bakı bu çıxışa iki şəkildə reaksiya verməlidir: "Birincisi, beynəlxalq təşkilatlardan Paşinyanın çıxışına reaksiya tələb olunmalıdır. Çünki Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi yanaşması danışıqların sona çatdırılması və müharibənin elanı anlamına gəlir. İkincisi, Azərbaycandan yüksək səviyyədə Paşinyanın “Arsax Ermənistandır” açıqlamasına ən azı bu şəkildə cavab verilməsi məqsədəuyğundur: “Dağlıq Qarabağ Ermənistandırsa, onda Ermənistan da Azərbaycandır”.(Publika.az)
Dağlıq Qarabağ Ermənistandırsa, onda Ermənistan da... - Politoloq



Paşinyandan ilk müharibə etirafı
Çoxları soruşa bilər ki, Qarabağ... - Nikoldan Xankəndidə ŞOK SÖZLƏR
"Ermənistan güzəştə getməyə hazırdır" - Paşinyan
Paşinyan saxta “çevriliş şousu” hazırlayır
Erməni generaldan çağırış: Nikol Bakı qarşısında acizdir
Paşinyan bu təklifə qayıdır, rayonlar qaytarılır
Paşinyan böyük milli fəlakətdir - Akopyan
Məmmədyarovdan Paşinyana CAVAB
Paşinyandan əhaliyə ŞOK ÇAĞIRIŞ - Hər kəs SİLAHLANSIN
Ermənilər Paşinyanı LAĞA QOYDU
Paşinyan öldürülüb? - ŞOK XƏBƏR YAYILDI
"Sərkisyanın iki yolu var ya savaş, ya da həbs"- Politoloq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 