Dövlət İmtahan Mərkəzində (DİM) psixoloji xidmət fəaliyyətə başlayıb.
ONN media xəbər verir ki, bunun üçün 1653 çağrı mərkəzinə zəng vurub 2 düyməsini seçməklə psixoloqlarla əlaqə yaratmaq olar.
DİM-dən bildirilib ki, imtahanlar bir çox şəxs üçün stress və gərginliklə müşayiət olunur: “Çox vaxt sosial çevrənin təzyiqi altında imtahanların mənası təhrif olunur və gənclər və yeniyetmələr yanlış olaraq imtahanlara özlərinin bir şəxs kimi dəyərinin müəyyən olunması vasitəsi kimi baxırlar. Bu cür yanaşma imtahanlardan əvvəl lazımsız dərəcədə psixoloji gərginliyə, imtahan zamanı təlaşa, imtahandan sonra isə məyusluğa səbəb olur.
Bu tip hallarda düşüncələrin düzgün idarə edilməsi və sosial çevrə ilə münasibətlərin tənzimlənməsi imtahan verənlərin gərginliyinin azalmasına, diqqətin və hazırlığın səmərəsinin artmasına, imtahan nəticələrinin yüksəlməsinə və alınan nəticələrdən düzgün nəticələr çıxarılmasına töhfə verə bilər.
Dövlət İmtahan Mərkəzi yuxarıda qeyd olunanları nəzərə alaraq imtahan verənlərə dəstək vermək məqsədilə yeni layihəyə start verib. Layihə çərçivəsində psixoloji maarifləndirmə və dəstək xidməti verilir. İmtahanlarda iştirak edənlər imtahanlardan əvvəl, hazırlıq prosesində və imtahanlardan sonra 1653 qaynar xəttə zəng vuraraq 2 düyməsini basmaqla psixoloqlarla əlaqə yaradıb onlarla psixoloji xarakterli söhbətlər edə, öz qayğılarını paylaşa, eləcə də stressin və kənar təzyiqlərin idarə olunması, məqsədlərin aydınlaşdırılması və digər mövzularda məsləhətlər ala bilərlər”.



Bu şagirdlər üçün əlavə imtahan keçirildi
İmtahan tarixləri ilə bağlı yayılan xəbərlərə - DİM-dən CAVAB
DİM abiturientlərə müraciət etdi
Nəzarətçi imtahandan qovuldu- Səbəb isə...
DİM açıqladı: İmtahanların saatı dəyişdirildi
1415 taksi sürücüsü imtahan verəcək
Hava şəraitinə görə bu imtahanların vaxtı dəyişdirildi - RƏSMİ
Dövlət qulluğuna imtahanlar keçirildi
Daha bir imtahan təxirə salındı
Magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsi başa çatıb
İmtahan nəticələri bu tarixdə ELAN OLUNACAQ
Bu gün şagirdlər imtahan verəcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 