Dövlət İmtahan Mərkəzi iyul və avqust aylarında keçiriləcək imtahanlarda iştirak edəcək şəxslərə müraciət edib.
DİM-dən ONN media-ya verilən məlumata görə, imtahanlar saat 10:00-da başlanacaq. İmtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilir və onların buraxılış vərəqəsində həmin vaxt göstərilir. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Dövlət İmtahan Mərkəzi tərəfindən iyul və avqustda keçirilən imtahanlar bu aylar üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq. İştirakçılar nəzərə almalıdırlar ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələnlər imtahan binasına buraxılmırlar.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilir və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilir. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
“İmtahana buraxılış vərəqəsi”ndə, həmçinin imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və s. məlumatlar qeyd olunur. Buraxılış vərəqələri imtahandan 1 həftə öncə Mərkəzin saytına yerləşdirilir.
İştirakçılara özləri ilə şəffaf qabda qazsız su da gətirmələri tövsiyə olunur.



Hava şəraitinə görə bu imtahanların vaxtı dəyişdirildi - RƏSMİ
DİM açıqladı: İmtahanların saatı dəyişdirildi
“SABAH” qruplarına test imtahanı keçiriləcək
I və IV qrup üzrə qəbul imtahanlarının tarixləri açıqlandı
DİM-dən imtahanlarda iştirak edəcək abituriyentlərə MÜRACİƏT
Gələn həftə qəbul imtahanları keçiriləcək
Bu şagirdlər üçün əlavə imtahan keçiriləcək
Doqquz minə yaxın şagird imtahan verəcək
Sabah 9 minə yaxın şagird buraxılış imtahanı verəcək
Bu gün 20 mindən çox şagird buraxılış imtahanı verəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 