Daxili İşlər Nazirliyi polis general-mayoru Elxan Həsənovun təqaüdə göndərilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. ONN media xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə APA-ya bildirib ki, bəzi KİV-də Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Elxan Həsənovun təqaüdə göndərilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: “Bununla bağlı müvafiq əmrin imzalanması barədə yayılan məlumatlar yalandır. Polis general-mayoru Elxan Həsənov hazırda xidməti vəzifəsini icra edir”. Qeyd edək ki, bu gün bəzi KİV-də E. Həsənovun təqaüdə göndərilməsi ilə bağlı məlumatlar yayılıb. Xatırladaq ki, polis general-mayoru Elxan Həsənov daxili işlər orqanlarında peşəkar polis əməkdaşlarından biri hesab olunur. Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2002-ci ildə “İgidliyə görə”, 2018-ci ildə “Vətən uğrunda” medalları ilə təltif edilib. Yeniavaz.com
DİN: Elxan Həsənovun təqaüdə göndərilməsi ilə bağlı məlumatlar yalandır



Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsini o icra edəcək
Azərbaycanda yüksək vəzifəli şəxs İŞDƏN ÇIXARILDI
Azərbaycanda general İŞDƏN AZAD EDİLDİ - FOTO
Eyvazov generalın yerinə onu təyin etdi
Ramil Usubov generalları təltif etdi — SIYAHI
Vilayət Eyvazovdan daha bir TƏYİNAT
Bu nazirliyin yüksək rütbəli əməkdaşları təltif edildi - SİYAHI
Başçı oğlunun təyinatı yalan çıxdı - Rəsmi
Vilayət Eyvazov generalı yüksək vəzifəyə təyin etdi
İlham Əliyev 3 DİN əməkdaşına general rüstbəsi verdi (SƏRƏNCAM)
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 