Ölkədə minimum əməkhaqqının artması ilə əlaqədar məktəblərdə işləyən qeyri-müəllimlərin də maaşlarında artım olacaq. Bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov bildirib. Onun sözlərinə görə, məktəblərdə müəllimlərlə yanaşı, 100 minə yaxın müəllim olmayan işçi işləyir: “Həmin işçilərin də əməkhaqlarında artım olacaq. Ancaq onların hansı həcmdə əməkhaqqı alacağını demək mümkün deyil, çünki hökumət tərəfindən vahid tarif cədvəli təsdiq ediləcək və o, icra üçün göndəriləcək. Bundan sonra konkret şəkildə deyə biləcəyik ki, müəllim işləməyən digər işçilərin əməkhaqları nə qədər artacaq”. F.Qədirov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin əməkhaqlarının artırılması ilə bağlı son sərəncamlardan əvvəl 18 illik təcrübəsi olan müəllimin 1 stavka dərs yükü, yəni vəzifə maaşı 495 manat idi. Bu artımdan sonra o, 594 manata yüksəlib, yəni təxminən 100 manat həcmində artım baş verib: “Əgər müəlim daha çox dərs deyirsə, onda maaş da buna müvafiq olaraq, artır. Biz bilirik ki, müəllimlərin orta aylıq əməkhaqqı 600 manatı ötüb. Ancaq bu, o demək deyil ki, bütün müəllimlər 600 manat əməkhaqqı alır. Bizim sistemdə elə müəllimlər var ki, dərs yükünə, pedaqoji stajına görə 1000 manatdan da yüksək əməkhaqqı alır. Müəyyən qrup müəllimlər isə 900-1000 manat əməkhaqqı alır. Daha böyük olan digər qrup müəllim isə 7000-800 və 900 manata yaxın əməkhaqqı alır. Bu, o deməkdir ki, onların vəzifə maaşları 20 faiz həcmində artıb. Hesab edirim ki, bu artım müəllimlər üçün daha güclü stimuldur”. F.Qədirov deyib ki, bu artım peşə məktəblərində diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərə də şamil edilib. Ümumilikdə bu sərəncam həm ümumtəhsil, həm də peşə məktəblərində 160 minə yaxın müəllimi əhatə edir.(trend)
Bu müəllimlərin də maaşı artacaq



Bu müəllimlərin də maaşı artacaq - RƏSMİ
"Qadınların əməkhaqqında artım olacaq"- Nazir
Müəllimlərin maaşı 20 faiz artırıldı - Hesabat
Maaş artımı bahalaşmaya səbəb ola bilər? – Deputat
Kimlərin əməkhaqqıları artacaq?- SİYAHI
O müəllimlərin MAAŞI ARTDI
Minimum əməkhaqqı artımı kimlərə şamil olunacaq?
Sərəncam Azərbaycanı MDB-də II yerə qaldırdı
Kimlərin maaş və pensiyası artacaq?
Peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərinin maaşları açıqlandı
DİQQƏT- Maaşlar artırıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 