Bir qrup vətəndaş Gürcüstan parlamentinin Tbilisidəki binası qarşısında aksiya keçirir.
ONN media xəbər veir ki, aksiya iştirakçıları bu gün polis tərəfindən saxlanılan Zaza Saralidzenin azadlığa buraxılmasını tələb edirlər.
“Zazanı azad edin!” şüarı altında keçirilən aksiyada bir neçə gənc parlament qarşısındakı çadıra daxil olaraq Z.Saralidzenin saxlanılmasına etirazlarını bildiriblər.
Aksiyada Malxaz Maçalikaşvili, gənclər və ictimai fəallar iştirak edirlər. “Qirçi” Partiyasının lideri, prezidentliyə namizəd Zurab Caparidze də etirazçılara qoşulub.
Etirazçılar aksiyanı Z.Saralidze azadlığa buraxılmayanadək davam etdirəcəklərini bildiriblər.
Artıq Z.Saralidze ilə birgə saxlanılan iki nəfər azadlığa buraxılıb. Onlar da aksiyaya qoşulublar.
Qeyd edək ki, ötən ilin dekabrında Tbilisinin Xorava küçəsində qətlə yetirilmiş məktəbli David Saralidzenin atası Zaza Saralidze bu gün parlamentin qarşısında polis əməkdaşlarına dəyənəklə hücum etdiyinə görə saxlanılıb. O, səhhəti pisləşdiyindən xəstəxanaya yerləşdirilib.
Z.Saralidze sentyabrın 10-dan etibarən Gürcüstan parlamentinin Tbilisidəki binası qarşısında hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirir. O, oğlunun qətlə yetirilməsi ilə bağlı istintaqın nəticələrindən narazıdır. Aksiyaya Pankisidə ötən ilin sonunda keçirilmiş xüsusi əməliyyat zamanı ölən Temirlan Maçalikaşvilinin atası Malxaz Maçalikaşvili də dəstək verir. (report)



Tiblisdə GƏRGİNLİK - Etirazçılarla polis arasında qarşıdurma
Tiflisdəki aksiya ilə bağlı növbəti qərar
Gürcüstanda azərbaycanlıların və gürcülərin birgə aksiyası keçirilir
Tbilisidə yenidən GƏRGİNLİK
Gürcüstan parlamentinin qarşısında kütləvi aksiya keçirilir
Tbilisidə etiraz aksiyası zamanı 52 nəfər xəsarət alıb - YENİLƏNİB
Tiflisdə gərginlik - Tələblər qəbul olunmasa...
Tbilisidəki mitinqdə 240 nəfər yaralanıb
Gürcüstan hakimiyyətinə 3 saat vaxt verildi
Polis və sakinlər arasında qarşıdurma
İrəvanda parlament binasının qarşısında GƏRGİNLİK
Gürcüstanda fəallar bələdiyyə binasını ələ keçirməyə çalışdı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 