Azərbaycanda yol hərəkətinin nizamlanması üçün əlavə iki nişan da tətbiq ediləcək. ONN media xəbər verir ki, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilir. Qanunun 5 saylı Əlavəsinin “1. Üfüqi nişanlanma qrupuna yeni 1.25nişanlanma xətti (“sarı kəsişmə toru”) təklif olunur. Layihədə bildirilib ki, yolayrıclarının “sarı kəsişmə toru” ilə işarələnməsi həm də sürücülərin bu qayadaya daha ciddi riayət etməsinə, həm də bu sahədə törədilən inzibati xəta hallarının xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsinə, müvafiq cərimələrin tətbiq edilməsinə imkan verəcək və yolayrıclarında yol nəqliyyat hadisələrinin baş vermə ehtimalını azaldacaq. Təklif olunan növbəti nişanlardan biri də 5.53 “Daimi sağa dönmə” nişanıdır. Svetoforun qırmızı işıq bölməsinin sağında (üfüqi yerləşdirilən svetoforda qırmızı işıq bölməsinin solunda) quraşdırılan 5.53 nişanı bu yolayrıcında svetoforun siqnallarından asılı olmayaraq manevr qaydalarına (Başqa istiqamətlərdən gələn gələn nəqliyyat vasitələrinə, habelə dönməyə başladığı və dönəcəyi yolların hərəkət hissəslərini keçməkdə olan və hərəkətinə icazə verilən piyadalara yol verilməlidir) riayət etməklə sağa dönməyə icazə verildiyini bildirir. Təqdim edilən layihədə yol hərəkətinin səmərəli şəkildə təşkil edilməsi və yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin daha da etibarlı şəkildə təmin edilməsi üçün mühüm müddəalar nəzərdə tutulub. (report)
Yol hərəkətinin nizamlanması üçün yeni nişanlar tətbiq ediləcək



Sürücülərin nəzərinə: İki yeni nişan yaradılır
DİQQƏT: Bakıda bu kəsişmədə "tora" düşə bilərsiniz
Bu gecə "Sarı kəsişmə toru" bu küçələrdə də təşkil ediləcək
Paytaxda daha 74 yol kəsişməsində sarı torlar olacaq
Daha bir küçə kəsişməsinə sarı tor çəkiləcək
BNA-dan daha bir yenilik
Sürücülərin DİQQƏTİNƏ: bu küçələrdən keçməyin!
Bakıda bu yollarda sarı tor çəkilir – ÜNVAN
Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması ilə bağlı YENİ HAL müəyyən edilir
Bakı yollarında YENİLİK- Cərimə olunacaqsınız
Bakıda artıq tıxac olmayacaq- Yeni layihə
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik 