ONN İnformasiya Agentliyi

ABŞ-dan İstanbuldakı seçkilərlə bağlı İLK AÇIQLAMA

ABŞ-dan İstanbuldakı seçkilərlə bağlı İLK AÇIQLAMA
24-06-2019, 18:42

ABŞ-ın Ankaradakı səfirliyi iyunun 23-də keçirilən İstanbulun bələdiyyə sədri seçkiləri ilə bağlı açıqlama yayıb. ONN media xəbər verir ki, Ali Seçki Komissiyasının (YSK) qeyri-rəsmi nəticələrinə əsasən, CHP-li namizəd Əkrəm İmamoğlunun qələbəsi elan olunduqdan sonra səfirliyin Tvitter səhifəsində bu mesaj yayımlanıb: “Avropanın ən böyük şəhərini idarə edəcək Əkrəm İmamoğluna xoş arzularımızı çatdırırıq. İstanbullular təşəbbüskar demokratiya nümunəsi sərgilədilər və səs verib səslərini eşitdirmək üçün sandığa getdilər”. Xatırladaq ki, YSK-nın qeyri-rəsmi nəticələrinə əsasən, İmamoğlu 54,21 % səslə İstanbulun bələdiyyə sədri seçilib. Onun rəqibi – AKP-li Binəli Yıldırım isə 44,99% səs toplayaraq səsverməni uduzub.(qafqazinfo.az)

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png