İstanbulda iyunun 23-də keçirilmiş bələdiyyə seçkilərində qalib gəlmiş Əkrəm İmamoğluna bələdiyyə sədri mandatı təqdim olunub. ONN media xəbər verir ki, daha sonra İstanbul Bələdiyyəsinin inzibati binasında təhvil-təslim olacaq. Bələdiyyə sədrinin vəzifəsini icra edən şəhər valisi Ali Yerlikaya postunu Əkrəm İmamoğluna təhvil verəcək. Qeyd edək ki, iyunun 23-də İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsinə keçirilən təkrar seçkilərdə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu ən yaxın rəqibi, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırımdan 800 min daha çox səs toplayaraq, qalib gəlib. Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda ən çox səsi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım toplayıb. Ali Seçki Qurumu (YSK) Əkrəm İmamoğlunun 26 min səs fərqi ilə qalib gəldiyini açıqladıqdan sonra AKP seçkinin nəticələrinə etiraz edib və bir çox rayonda səslər yenidən sayılıb. Aprelin 17-də səslərin təkrar sayılması prosesi başa çatıb və səs fərqi 12 min nəfərədək düşüb. AKP İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi və yenidən keçirilməsi tələbi ilə bağlı YSK-ya müraciət edib. YSK aprelin 17-də İstanbul bələdiyyə sədri mandatını Əkrəm İmamoğluna təqdim edib, mayın 6-da isə İstanbulda seçkinin nəticələrinin ləğvinə qərar verib. İmamoğlunun mandatı geri alınıb. Təkrar seçkinin iyunun 23-də keçirilməsinə qərar verilib. YSK CHP və İYİ Partiyanın İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin bütövlükdə ləğv olunması ilə bağlı şikayətini isə təmin etməyib. Xatırladaq ki, paytaxt Ankara və ölkənin üçüncü ən böyük şəhəri olan İzmirdə CHP-nin namizədləri qalib gəlib. Mansur Yavaş Ankara, Mustafa Tunç Soyer İzmirin bələdiyyə sədrləri olub.(APA)
İmamoğlu İstanbulun bələdiyyə sədri mandatını aldı



İstanbulda gözlənilən gün- Qızğın mübarizə başladı
İstanbul bələdiyyəsinə müvəqqəti başçı təyin edildi - KİM?
Əkrəm İmamoğlunun qələbəsi rəsmən tanındı – SON DƏQİQƏ
Bu gün Yıldırım-İmamoğlu debatı olacaq
Əkrəm İmamoğlu İstanbulun yeni bələdiyyə sədridir - Binali Yıldırım rəqibini təbrik etdi
Daha bir şok: Yıldırımın qələbə afişaları yığışdırıldı
Ərdoğanla İmamoğlu bir arada
Əkrəm İmamoğlu koronavirusa yoluxdu
İmamoğluna "xeyirli olsun" dedim, amma... - Binəli Yıldırım
ABŞ-dan İstanbuldakı seçkilərlə bağlı İLK AÇIQLAMA
Özoraldan Yıldırım-İmamoğlu debatına - Münasibət
İmamoğlu Ərdoğana səsləndi: “Sizinlə..."
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 