İstanbulda rəsmi nəticələr açıqlanmadan özünü bələdiyyə sədri elan edən CHP namizədi Əkrəm İmamoğlu İzmirdə qələbə qazanan Tunç Soyerlə birlikdə təşkil edəcəyi qələbə tədbirini – “Xalq görüşü”nü ləğv edib.
ONN media xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Tunç Soyer tədbirin təxirə salınmasına səbəb kimi İmamoğlunun İstanbuldakı gərgin qrafikini göstərib.
Türkiyədə bir sıra ekspertlər isə İmamoğlunun tədbiri təxirə salmasının arxasında etirazlardan sonra səslərin yenidən sayılması ilə birlikdə səs fərqinin azalmasının dayandığını bildirib.
Belə ki, ötən gün Bakı vaxtı ilə saat 19:45-də CHP-nin məlumat bazasına əsasən nəticələr bu cür olub: Əkrəm İmamoğlu – 4 milyon 170 min 939 səs (48.80 faiz), Binəli Yıldırım – 4 milyon 150 min 899 (48.56 faiz).
Sözügedən nəticələr saat 23:00-da dəyişib. Etibarsız hesab edilən səslərin də yenidən sayılmasından sonra Əkrəm İmamoğlu 4 milyon 171 min 87 səs, Binəli Yıldırım isə 4 milyon 151 min 448 səsə sahib olub. Aradakı fərq 19 min 639-a enib.
Qeyd edək ki, artıq İstanbulun Fatih ilçəsində səslərin yenidən sayılması prosesi başa çatıb. Ümumilikdə isə 19 ilçədə səslər yenidən sayılır.
Ə.İmamoğlu mediaya açıqlamasında CHP-nin təkrar sayımla bağlı haqlı etirazlara qarşı olmadığını, yalnız haqsızlığa etiraz etdiyini bildirib. O, həmçinin qeyd edib ki, təkrar sayımda səs fərqinin azalmasını izləyirlər və bu, onların seçki qərargahında da araşdırılır.
“Təkrar sayım nəticələrə təsir etməyəcək”, - İmamoğlu əminliklə deyib.
Xatırladaq ki, bu gecə AKP sədrinin müavini Həmzə Dağ “Aradakı fərq azalır, Binəli Yıldırımın önə keçməsinə çox az qaldı” deyə bir tvitlə gündəm yaratmışdı. Axar.az



İmamoğlu İstanbulun bələdiyyə sədri mandatını aldı
Əkrəm İmamoğlu İstanbulun yeni bələdiyyə sədridir - Binali Yıldırım rəqibini təbrik etdi
Əkrəm İmamoğlu koronavirusa yoluxdu
Əkrəm İmamoğlunun qələbəsi rəsmən tanındı – SON DƏQİQƏ
İmamoğlu bir gənc oğlana sillə vurub? - Həqiqət üzə çıxdı
Ali Seçki Komissiyası SON NƏTİCƏNİ açıqladı
Daha bir şok: Yıldırımın qələbə afişaları yığışdırıldı
ABŞ-dan İstanbuldakı seçkilərlə bağlı İLK AÇIQLAMA
Yıldırıma yaraşan addım bu olar - İmamoğlu
İmamoğlu Ərdoğana səsləndi: “Sizinlə..."
İstanbul bələdiyyəsinə müvəqqəti başçı təyin edildi - KİM?
İmamoğlu Azərbaycanı belə təbrik etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 