Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərdə namizədliyi irəli sürülən Binəli Yıldırım və Əkrəm İmamoğlunun 16 iyun debatına münasibət bildirib. Diplomat Report-a açıqlamasında bildirib ki, həmin debatı izləyib və yüksək dəyərləndirib: “Binəli Yıldırımla Əkrəm İmamoğlunun debatını izlədim. Bunu çöx yüksək dəyərləndirirəm. Türkiyənin iki siyasətçisi xalqın qarşısına çıxaraq əhalinin problemlərindən danışdılar. Əminəm ki, mənim kimi bütün türk xalqı bu debatı yüksək qiymətləndirir”. O xatırladıb ki, İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə təkrar seçkilər keçiriləcək və İstanbul əhalisi öz bələdiyyə başçısını seçəcək: “Bilirsiniz ki, bu, 5 ildən bir həyata keçirilən seçkidir. Ümid edirəm ki, İstanbul əhalisi istədiyi namizədinə səs verərək öz bələdiyyə başçısını seçəcək. Bütün hallarda türk xalqı üçün xeyirli olmasını arzu edirəm”. Qeyd edək ki, Türkiyə Ali Seçki Qurumu martın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul edib. Təkrar seçkilər iyunun 23-də keçiriləcək.
Özoraldan Yıldırım-İmamoğlu debatına - Münasibət



Bu gün Yıldırım-İmamoğlu debatı olacaq
İmamoğlu İstanbulun bələdiyyə sədri mandatını aldı
Əkrəm İmamoğlu İstanbulun yeni bələdiyyə sədridir - Binali Yıldırım rəqibini təbrik etdi
İstanbul bələdiyyəsinə müvəqqəti başçı təyin edildi - KİM?
Əkrəm İmamoğlu koronavirusa yoluxdu
İmamoğlu Ərdoğana səsləndi: “Sizinlə..."
Yıldırıma yaraşan addım bu olar - İmamoğlu
İstanbulda seçkilərin nəticələri ləğv olundu - SON DƏQİQƏ
Əkrəm İmamoğlunun tviti ŞOK ETDİ
İmamoğluna "xeyirli olsun" dedim, amma... - Binəli Yıldırım
Binəli Yıldırım daha bir vəziifəyə namizəd irəli sürüldü
Prezidentin sağ əli istefaya gedir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 