Əvvəlki illərlə müqayisədə 2019-cu ildə Həcc ziyarətinə maraq azalıb. Bunun nəticəsidir ki, Azərbaycandan Həcc ziyarəti üçün müəyyən edilən kvota hələ də dolmayıb.
ONN media xəbər verir ki, 2019-cu ildə Həcc ziyarətinə Azərbaycandan 1400 zəvvarın getməsi üçün kvota müəyyənləşdirilsə də, ziyarətə az qalmasına baxmayaraq hələ də nəzərdə tutulan kvota dolmayıb. Belə ki, indiyədək Həcc ziyarətinə getmək üçün cəmi 1100 nəfər müraciət edib. Kvota dolmadığından Qafqaz Müsəlmanları İdarəsində (QMİ) sənədlərin qəbulu davam edir.
Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. Ziyarətin ötənilkindən baha olması Səudiyyə Ərəbistanında xidmətlərin və hotellərin qiymətlərinin bahalaşması ilə əlaqədardır.
Avqustun 1-dən 6-a qədər gediş, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönüş olacaq. Zəvvarlar bu il də ötən il olduğu kimi təyyarə ilə yola salınacaq.
Həcc ziyarəti üçün müəyyən edilən kvota dolmayıb



Həccə getmək istəyənlərə xəbər var
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı AÇIQLANDI
Azərbaycandan Həcc ziyarəti üçün qiymət açıqlandı
Həcc ziyarətində dünyasını dəyişən azərbaycanlının KİMLİYİ bilindi
Həcc ziyarətinə gedən zəvvarlarla bağlı açıqlama
Həcc ziyarətinə getmək istəyənlərin sayı 500-ə çatıb
Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə
Həcc ziyarəti üçün ilk uçuş bu tarixdə olacaq
Həcc ziyarətinə gedən vətəndaşlarımıza daha bir QADAĞA
Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ
Həcc ziyarətinin qiymətinin artma səbəbi AÇIQLANDI
QMİ məlumat yaydı: Həcc ziyarəti ilə bağlı ödənişlər...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 